BATE-nin baş məşqçisi: "Yatmaq fikrim yoxdur"

BATE-nin baş məşqçisi: "Yatmaq fikrim yoxdur"
Futbol
15 Avqust 2018 - 01:02
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"la oyundan sonra BATE-nin baş məşqçisi Aleksey Baqa fikirlərini bildirib:

"Qarabağ" güclü komandadır. Burada güclü legionerlər var. Təcrübəli baş məşqçinin rəhbərliyi altında futbolçular heç nədən qorxmurdular. Rəqib qalib gəlmək psixologiyası ilə matça çıxmışdı. Bu, hiss olunurdu. Xoşbəxtlikdən erkən qol vurduq. Bakıda da qol vurmağımız bizə üstünlük yaratdı. Ağır oyun oldu. Ümumiyyətlə, Çempionlar Liqasında asan rəqib olmur. Futbolçularımı təbrik edirəm. Onlar əsl qəhrəmandırlar. Onlarla fəxr edirəm. Nəyə qadir olduğumuzu göstərdik.

- PSV ilə oyunlar barədə fikirləriniz necədir?

- Rəqib barədə araşdırmalara başlayacağıq. Biz iki il əvvəl PSV rəhbərliyilə danışaraq, onların komandasında və Filip Kokunun yanında təcrübə keçmişdik. Düzdür, Koku PSV-dən "Fənərbağça"ya gedib. Heyətə yeni oyunçular gəliblər. Yeni baş məşqçi artıq tam başqa fəlsəfəyə keçib. Kim bilir? Rəqibi diqqətlə araşdıracağıq. Tez yatmaq fikrim yoxdur. PSV-ni düşünürük və rəqindn qəti qorxmuruq. Bizim də qrup mərhələsi üçün iddiamız var. Fikrimcə, bunu reallaşdıra bilərik".

 

Digər xəbərlər