UEFA-da istefa

UEFA-da istefa
Futbol
02 Avqust 2018 - 14:14
Supersport.Az-ın məlumatına görə, UEFA Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina vəzifədən ayrılıb.

Qitə qurumu açıqlamasında 58 yaşlı mütəxəssisin şəxsi işi səbəbdən getdiyini, əvəzinə Roberto Rozettinin gətirildiyi bildirilir.

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) tərəfindən 1998-2003-cü illərdə ardıcıl 6 dəfə dünyanın ən yaxşı hakimi layiq görülən Kollina, 1988-2005-ci illərdə hakim kimi çalışıb. O, 8 ildir UEFA Hakimlər Komitəsinin rəhbəri idi.

IFFHS-nin 2008-ci ildə "ilin hakimi" seçdiyi 50 yaşında italiyalı Rozetti isə 2006-2009-cu illərdə ardıcıl 4 il ölkəsində ən yaxşı referi mükafatını alıb.

Digər xəbərlər