Almaniyada Azərbaycan himni səsləndi

Almaniyada Azərbaycan himni səsləndi
Digər, Cüdo
29 İyul 2018 - 16:08
Supersport.Az-ın məlumatına görə, Almaniyanın paytaxtı Berlində gənclərin Avropa Kuboku yarışınnn ilk günü cüdoçularımız 3 medal əldə ediblər. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tofiq Avstriya, Kanada, Rusiya, Almaniya, Rumıniya və Qazaxıstan cüdoçularını məğlub edərək Berlində qızıl medala sahib olub. Digər təmsilçilərimiz Rövşən Əliyev (55 kq) və Hasil Cəfərov (73 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, 38 ölkədən 535 (323 oğlan, 212 qız) cüdoçunun qüvvəsini sınadığı qitə yarışında Azərbaycan millisi 18 (12 oğlan, 6 qız) cüdoçu ilə təmsil olunur.

Digər xəbərlər