Ramil Şeydayevin karyerası sual altında

Ramil Şeydayevin karyerası sual altında
Futbol, Eksklüziv, Video, Foto
28 İyul 2018 - 16:00
Supersport.Az-ın əldə etdiyi məlumata görə, milli komandanın hücumçusu Ramil Şeydayevin karyerasını hansı klubda davam etdirəcəyi sual altındadır. 22 yaşlı futbolçu "Trabzonspor"da qalmaq istəsə də, klubu onu göndərmək istəyir.

Trabzon təmsilçisi bir müddət əvvəl Ramilə yeni komanda axtarmaq üçün izn versə də, forvardın Avstriya kollektivinə keçmək istəyi alınmadı. Buna görə futbolçu Türkiyə komandasına qayıtmalı oldu.

"Trabzonspor" Sloveniyada 24 gün 32 məşq, 4 yoxlama oyunu keçirdi. Ramil istər məşq, istərsə də qarşılaşmalarda özünü yaxşı göstərə bildi. Millinin futbolçusu "Trabzonspor"un Xorvatiyanın "Lokomotiv" (Zaqreb) klubunu məğlub etdiyi oyunda qələbə qolunu vurdu.
Komandasının ikitərəfli oyunlarından birində isə Ramil Şeydayev 5 qol vurub. Onun oyunu 61saat.com saytının diqqətini çəkib. Xəbəri "Ramil "Trabzonspor”da şou yaratdı" başlığı ilə təqdim edən portal millimizin üzvü haqqında "Gənc futbolçu bu oyunda özünü ən yaxşı tərəfdən göstərməyə çalışdı. Ramil 5 qol vuraraq baş məşqçi Ünal Karamanın alqışını qazandı və gələcək üçün ümid verdi” yazıb.


Buna baxmayaraq, Ramilin gələcək karyerası məlum deyil. "Trabzonspor" futbolçunu başqa kluba satmaqda israrlıdır. Türkiyə komandasının rəsmi saytında əsas heyətdə Ramilin adı yoxdur. "Trabzonspor"un futbolçuyla müqavilə müddəti 2020-ci il iyunun 30-da başa çatır. Forvardın qiyməti 500 min avrodur.











 

 

 





Digər xəbərlər