"Sabah" birinci liqa klubuyla bərabər oynadı

"Sabah" birinci liqa klubuyla bərabər oynadı
Maqazin
23 İyul 2018 - 11:55
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən premyer liqanın debütantı "Sabah" növbəti yoxlama oyununda qardaş ölkənin birinci liqa təmsilçisi "Osmanlıspor"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. "Sabah"ın qolunu 13-cü dəqiqədə Tural Qürbətov vurub.

Xatırladaq ki, komanda Bolu toplanışı çərçivəsində keçirdiyi ilk oyunda "Giresunspor"la 1:1 hesablı heç-heçə etmişdi.

Digər xəbərlər