"Qarabağ"ın oyununa biganə münasibət

"Qarabağ"ın oyununa biganə münasibət
Futbol
16 İyul 2018 - 22:53
Çempionlar Liqasında I təsnifat mərhələsinin "Qarabağ" - "Olimpiya" cavab oyununa azarkeşlərin marağı istənilən səviyyədə deyil.

Supersport.Az-ın məlumatına görə, 6 gün ərzində qarşılaşmaya 8 min satılıb. Matç 31 min 200 yerlik Respublika stadionunda keçiriləcək.

Oyuna tamaşa etmək istəyən azarkeşlər satış məntəqələrində və onlayn olaraq iTicket.az saytından əldə edə bilər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

Ətraflı məlumatla iticket.az saytından tanış ola bilərsiniz.

Şatış məntəqələri:

T. Bəhramov adına Respublika stadionunun kassaları
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası 28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Xatırladaq ki, "Qarabağ" - "Olimpiya" matçı iyulun 18-i saat 21:00-da start götürəcək.

 

Digər xəbərlər