Eksklüziv: "Neftçi" "Qəbələ"yə bu məbləğlə zərbə vurdu: Dabonun keçidində

Eksklüziv: "Neftçi" "Qəbələ"yə bu məbləğlə zərbə vurdu: Dabonun keçidində
Futbol, Eksklüziv
18 İyun 2018 - 20:28
Supersport.Az-a Azərbaycan çempionatının bombardiri Baqali Dabonun "Qəbələ"ni "Neftçi"yə dəyişməsinın əsas səbəbi  məlum olub.

Məsələ burasındadır ki, fransız hücumçu əvvəlcə Qəbələ təmsilçisinə müsbət cavab versə də, sonradan paytaxt klubunu seçib. Bunun əsas səbəbi "Neftçi"nin bombardirə "Qəbələ"dən daha çox pul verməsidir.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, Dabo əvvəlcə Qəbələ komandasının illik 200 min manat təkifinə razılaşsa da, paytaxt klubu forvardı 250 minlə şirnikləndirərək, onun fikrinin dəyişməsinə nail olub. Bununla "Qəbələ" pis vəziyyətə düşüb. Fransız futbolçusyla 2 illik müqavilə imzalayan "Neftçi", bu müddətdə hücumçuya ən azı 500 min manat verəcək. 29 yaşlı forvard komandanın heyətində 9 nömrəli formanı geyinəcək.

Fransanın "İvri", "Kreteil", "İstres" komandalarında çıxış edən Baqali Dabo, ötən mövsüm "Qəbələ"nin heyətində 27 oyunda 13 qol vurmaqla Azərbaycan Premyer Liqasının ən yaxşı bombardiri olub.

Digər xəbərlər