Aqil Məmmədov "Sumqayıt"da

Aqil Məmmədov "Sumqayıt"da
Futbol
14 İyun 2018 - 00:49
"Sumqayıt"ın futbol akademiyasının yeni 2018/2019 futbol mövsüm üçün iclası keçirilib. İclasda klubun İdman direktoru Zamiq Hüseynov və əsas komandanın baş məşqçisi Nazim Süleymanov da iştirak edib. İlk öncə akademiyanın baş koordinatoru vəzifəsinə təyin edilən Aqil Məmmədov məşqçi heyətinə təqdim olunub. Daha sonra növbəti mövsüm üçün akademiyanın iş prinsipi müəyyənləşdirilib, məşqçilərin fikir və təklifləri dinlənilib.

Qeyd edək ki, "Sumqayıt" FK-nın akademiyasına məşqçi təyinatları haqqında isə yaxın günlərdə məlumat veriləcək.

Digər xəbərlər