"İlkayla Məsutsuz dünya çempionu ola bilmərik"

"İlkayla Məsutsuz dünya çempionu ola bilmərik"
Futbol
10 İyun 2018 - 15:29
Supersport.Az-ın məlumatına görə, Almaniya yığma komandasının üzvləri türk əsilli futbolçulara dəstək nümayiş etdirib.

Mats Hummels və Marko Roys, İlkay Gündoğan və Mesut Özili azarkeşlərin fitə basmasına sərt reaksiya verib.

"Almaniya millisinin oyunçuları evində fitə basılmamalıdır. Belə bir ab-hava olarkən" deyən M.Hummels fikrini belə tamamlayıb:

"Çox yaxşı dostluq və möhtəşəm atmosfer vardı. Azarkeşlər gözəl alqışlarla oyundan həzz alırdılar. Fəqət, bir anda bəziləri fitə başladı. Bu zaman digər futbolçulara verdikləri dəstəyi də unutdular. Bundan sonra bütün tribuna , top İlkay və Məsuta düşəndə fit çalmağa başladılar. Ümid edirəm ki, belə vəziyyət uzun müddət davam etməyəcək. Çünki hamı səhv edə bilər. Üstəlik, onlar da hər zaman xəta edən insanlar deyil".

M.Roys keçmiş komanda yoldaşı İ.Gündoğanı müdafiə edib:

"İlkaya qarşı nə üçün bu qədər fit və etiraz olduğunu başa düşmürəm. Paltardəyişmə otağında onu gördüm. Bunu haqq etmir. Komanda olaraq iki dostumuzla birlikdəyik".


Mario Qomes: "Dünya Kuboku üçün İlkay və Məsuta ehtiyacımız var".

Manuel Noyer: "Milli komanda 100 faiz Məsutla İlkaya dəstək verir. Onlara hörmətsizlik bütün komandaya ziyan vurur".

Coşua Kimmix: "Dünya çempionu olmaq üçün hər futbolçunun dəstəklənməsi vacibdir".

İlkay Gündoğan isə "Bu ölkə üçün hər zaman minnətdaram" deyib.




Digər xəbərlər