Salah: "Ramosu haqlı saymadım"

Salah: "Ramosu haqlı saymadım"
Futbol
09 İyun 2018 - 15:28
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının finalında "Real Madrid"in kapitanı Serxio Ramosun qəsdən sıradan çıxardığı "Liverpul"un aparıcı üzvü Məhəmməd Salah açıqlama verib.

"Yerə yıxılanda həm fiziki zərbə aldım, həm də çox narahat oldum. Ramos mənə mesaj göndərdi. Ancaq bunun normal vəziyyət olduğunu demədim. Finalda oyunu məcburi olaraq tərk etmək karyeramda ən xoşagəlməz məqam idi. Çox əsəbi və məyus oldum. Dünya Kubokunda oynamamaq ehtimalı olanda "sındım". Hazırda daha yaxşıyam. Dünya çempionatında ilk görüşdə Uruqvaya qarşı oynamaq istəyirəm. Hələ ki, bu oyunda iştirakım sual altındadır".

Misirli futbolçu, 28 il sonra Dünya Kubokuna vəsiqə qazandıqlarını qabardıb:

"Afrika Kubokunu qazanmaq adi uğurdur. Ancaq Dünya Kubokuna qatılmaq tam fərqlidir. Afrika Kubokuna 7 dəfə sahib çıxmışıq. Dünya Kubokunda isə 28 illik fasilədən sonra iştirak edəcəyik.  Dünya çempionatına qatılmaq İspaniyanın kuboku qazanması qədər xüsusidir".

Qeyd edək ki, Ramos bir neçə gün əvvəl açıqlamasında "Salah məni yerə çəkdi və digər tərəfə yıxıldım. Əslində o digər çiynindən zədə almışdı" deyib. 

Digər xəbərlər