Rəşad Sadıqov: "Məğlub olsaydıq belə, komandamdan razı qalacaqdım"

Rəşad Sadıqov: "Məğlub olsaydıq belə, komandamdan razı qalacaqdım"
Futbol
08 İyun 2018 - 22:47
Macarıstanla yoldaşlıq qarşılaşmasında bərabər oynayan Azərbaycan U-21 yığmasının baş məşqçisi Rəşad Sadıqov fikirlərini bildirib.

"Hər iki komandanın timsalında maraqlı oyun izlədik. Rəqibin heyətində yaxşı oyunçular var. Futbolçularımız oyun ərzində intizama riayət etməyə, sona qədər mübarizə aparmağa çalışdı. Hesabda geri düşsək də, təslim olmadıq. Hətta məğlub olsaydıq belə, komandamdan razı qalacaqdım. İnkişaf etmək istəyiriksə, yoxlama oyununda da rəsmi qarşılaşmadakı kimi çıxış etməliyik. Çalışıram ki, uşaqlar meydanda özlərini inamlı hiss etsinlər. Bu gün hər iki komandanın üzvləri start fitindən etibarən aqressiv oynadı. Bütün mövqelərlə bağlı həm müsbət məqamlar, həm də çatışmazlıqlar var. Müsbət tərəfi inkişaf etdirməyə, problemləri isə aradan qaldırmağa çalışmalıyıq".

Digər xəbərlər