Kamran Quliyev: "İnanırıq ki, Bordin "Neftçi"ni çempion edəcək" - Video

Kamran Quliyev: "İnanırıq ki, Bordin "Neftçi"ni çempion edəcək" - Video
Futbol, Video
08 İyun 2018 - 22:57
Supersport.Az-ın məlumatına görə, "Neftçi"nin prezidenti Kamran Quliyev italiyalı baş məşqçi Roberto Bordinlə müqavilə imzalandıqdan sonra təyinata münasibət bildirib.

"Yeni baş məşqçimiz Roberto Bordindir. Uğurlar arzu edirik. Onu çətin yol gözləyir. Bizə futbol ölkəsindən gəlib. İtaliyalı məşqçilər özlərini işlədikləri yerdə göstərə biliblər. Biz son bir neçə gün ərzində bu işlə məşğul olduq, təklif olunan məşqçilərlə danışıq apardıq və Bordinlə danışıqları yekunlaşdırdıq. Məşqçimizlə 2 illik müqavilə imzalamışıq. İnanırıq ki, qazandıqları uğurları "Neftçi"də də davam etdirə biləcək. Bordin ölkəmizdə işləyəcək ilk italiyalıdır. İlklər həmişə uğurlu olur. İnanırıq ki, yeni baş məşqçinin rəhbərliyində daha yaxşı "Neftçi" görəcəyik".

Digər xəbərlər