Zabit Səmədov "Krallar Kralı" oldu - Foto-Video

Zabit Səmədov "Krallar Kralı" oldu - Foto-Video
Digər, Video, Foto
31 May 2018 - 16:17
Supersport.Az-ın məlumatına görə, Rusiya paytaxtı Moskvada Jara Fight Show adlı kikboksinq turnirində azərbaycanlı Zabit Səmədov fransız boksçu Fredi Kemayonu məğlub edib.

Döyüş 5 raundundan ibarət olub. Hər üç hakim qələbəni Səmədova verib - 50:46. Bununla o, Zabit ağır çəkidə King of Kings (Krallar kralı) versiyası üzrə Avropa çempionu olub.

Bununla Zabit Səmədovun karyerasında 99-cu qələbəsini qazanıb. Çempionumuz qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edib. İdmançımıza çıxış etdiyi Çeçenistanın "Əhməd" klubu adından “Mercedes” avtomobili də bağışlanıb.

Qeyd edək ki, döyüşü Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudov, xalq artisti Emin Ağalarov, Hollivud ulduzu Stiven Siqal da izləyib.



Digər xəbərlər