Məhəmməd Salah: "Finalda da Allahın əmrlərinə riayət edəcəyəm"

Məhəmməd Salah: "Finalda da Allahın əmrlərinə riayət edəcəyəm"
Futbol
22 May 2018 - 17:45
Çempionlar Liqasının finalında "Real Madrid"lə qarşılaşacaq "Liverpul"un futbolçusu Məhəmməd Salaha orucla bağlı sual ünvanlanıb.

Supersport.Az-ın məlumatına görə, misirli futbolçu, Allahın qanunlarına riayət edəcəyini bildirib:

"Mütləq oruc tutacağam. Hər zaman bir ay tuturam. Mənə bütün uğurları nəsib edən Allahın əmrlərinə əməl edəcəyəm".

Bu fikri dəstəkləyən din adamı Yaser Burhami, "Qurani Kərim"də futbolçuların oruc tutmamasıyla bağlı ayət yoxdur. İdman ağır işlərdən hesab olunmur".

Qeyd edək ki, 26 mayda keçiriləcək "Liverpul" - "Real Madrid" final oyunundan 30 dəqiqə əvvəl iftar vaxtı olacaq.

Digər xəbərlər