Supersport.Az-ın məlumatına görə, Yunanıstan paytaxtı Afinada keçirilən sambo üzrə Avropa çempionatında Azərbaycan 4 bürünc medal qazanıb.
Qitə yarışında 26 ölkənin 300-dən artıq idmançısı iştirak edib.
Avropa çempionatında Emil Həsənov (68 kq), Nəbi Məmmədov (100 kq), Mehman Xəlilov (57 kq) və Cavidan Qarayev (62 kq) üçüncü olub.