Araz Abdullayevin komandası üçüncü oldu

Araz Abdullayevin komandası üçüncü oldu
Futbol
13 May 2018 - 00:02
Kipr çempionatında sonuncu - 36-cı turun oyunları keçirilir.

Supersport.Az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin formasını geydiyi "Anortosis" səfərdə APOEL-in qonağı olub. Araz 62-ci dəqiqədə Karlitosun əvəzinə meydana daxil olub. Görüş həmvətənimizin komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bu nəticədən sonra APOEL çempionluğun qazanıb. "Anortosis" isə üçüncü pilləni və Avropa Liqasına vəsiqəni təmin edib.

Bununla da Araz Abdullayev icarə əsasında çıxış etdiyi "Anortosis"in heyətində Kipr çempionatının bürünc medalına sahib çıxıb.

Digər xəbərlər