"Roma"nın prezidenti: "UEFA-nın bu addımına gülməkdən ölürəm!"

"Roma"nın prezidenti: "UEFA-nın bu addımına gülməkdən ölürəm!"
Futbol
06 May 2018 - 00:53
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının yarımfinalında "Liverpul"la mübarizədən kənarlaşan "Roma"nın prezidenti Çeyms Pallotta hakimləri sərt tənqid edib. Klub rəhbəri, referiləri "kloun" adlandırıb.

"Mən məəttəl qalmışam ki, UEFA mənimlə bağlı işə baxır. Qitə qurumunun bu addımı mənasızdır. Mənim buna münasibətim necədir? Gülməkdən ölürəm!".

"Roma" "Liverpul"la oyunda sloveniyalı hakim Damir Skominanı iki penaltini təyin etməməkdə günahlandırıb.

Digər xəbərlər