Muradla Rəsul niyə uduzdu?

Muradla Rəsul niyə uduzdu?
Digər, Güləş
02 May 2018 - 18:32
Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

İkinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimizdən Rəsul Çunayev 3, Rafiq Hüseynov 2, Murad Məmmədov 1 görüşü qalib başa vuraraq yarımfinala yüksəlib. Yarımfinal görüşündə Murad Məmmədov İtaliya, Rəsul Çunayev Gürcüstandan olan rəqiblərini üstələyib və finala yüksəlib. Finalda hər iki güləşçimizin rəqibi Rusiya təmsilçisi olub. Murad və Rəsul əvvəlcə 5:0 hesablı irəlidə olsa da, məğlub olub. Bu onu göstərdi ki, hər iki güləşçi fiziki baxımdan çox zəifdir. Böyüklərin yarışında ilk dəfə iştirak edən Məmmədov, tam üstünlüklə tez qalib gəlməyə cəhd edərkən rəqib onu fəndə salaraq qələbə qazanıb. Çunayevə gəlincə, 5:0 önə çıxandan sonra onun yorğunluğu açıq-aşkar hiss olunub, aciz vəziyyətə düşüb. Buna görə də rəqibi 9 xal toplayaraq qalib gəlib.

Rafiq Hüseynov isə bürünc mükafata yiyələnib.

Elman Muxtarov (67 kq) və Orxan Nuriyev (97 kq) təsəlliverici görüşlərə qatılsalar da həlledici görüşə vəsiqə qazana bilməyiblər.

60 kq 

FİNAL - Murad Məmmədov - Sergey Emelin (RUS) 5:6
1/2 final - Murad Məmmədov - Jacopo Sandron (İTA) 9:0
1/4 final - Murad Məmmədov - Maksim Kajarski (BLR) 3:0

67 kq

Təsəlliverici görüş - Elman Muxtarov - Karen Aslanyan (ARM) 3:5
1/8 final - Elman Muxtarov - Artem Surkov (RUS) 0:9

72 kq

FİNAL - Adam Kurak (RUS) - Rəsul Çunayev 9:5
1/2 final - Rəsul Çunayev - Yuri Lomadze (GEO) 9:3
1/4 final - Daniel Cataraga (MDA) - Rəsul Çunayev 2:3
1/8 final - Yuriy Kankou (BLR) - Rəsul Çunayev 0:9
1/16 final - Murat Dağ (TUR) - Rəsul Çunayev 1:4

82 kq

Bürünc medal görüşü - Roland Şvarz (GER) - Rafiq Hüseynov
1/2 final - Viktar Sasunouski (BLR) - Rafiq Hüseynov 9:0
1/4 final - Zarko Dickov (SRB) - Rafiq Hüseynov 1:3
1/8 final - Rafiq Hüseynov - Zurabi Datunaşvili (GEO) 4:3

97 kq

Təsəlliverici görüş - Orxan Nuriyev - Balasz Kiss (HUN) 1:2
Təsəlliverici görüş - Nikolay Bayryakov (BUL) - Orxan Nuriyev 1:3
1/4 final - Orxan Nuriyev - Mixeil Kajaia (SRB) 1:3
1/8 final - T.Soost (SVK) - Orxan Nuriyev 0:8

 

Digər xəbərlər