4 ildə 23 məşqçi qovan klub

4 ildə 23 məşqçi qovan klub
Futbol
14 Aprel 2018 - 19:15
Supersport.Az-ın məlumatına görə, Misir klubu məşqçilərini dəyişməklə gündəmə gəlib. Söhbət "Zamalek"dən gedir. Mortada Mansur 2014-cü ilin aprelindən kluba rəhbər gələndən 23 baş məşqçi dəyişib. Bu dəfə mütəxəssis Ehab Qalalı istefaya göndərilib. Afrika Konfederasiya Kubokunda mübarizəni dayandırmaq və ölkə çempionatında ardıcıl üç məğlubiyyət bu addımı atmağa vadar edib. Klub son vaxtlar, cəmi 65 gün çalışan şotland Aleks Maklişi, 37 gün işləyən Misir yığmasının sabiq hücumçusu Midonu yola salmışdı.

 "Zamalek" ölkə çempionatında lider "Əl-Əhli"dən 25 xal geridə qalır.

Digər xəbərlər