Çempionlar Liqasında yarımfinal mərhələsinin təqvimi

Çempionlar Liqasında yarımfinal mərhələsinin təqvimi
Futbol
14 Aprel 2018 - 17:49
Çempionlar Liqasının yarımfinal mərhələsinin oyunlarının vaxtı müəyyənləşib.

Supersport.Az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyunu "Liverpul"la "Roma" arasında baş tutacaq. İngiltərədə keçiriləcək ilk oyun aprelin 24-də reallaşacaq. Bu komandalar arasında cavab matçı isə mayın 2-də Romada keçiriləcək.

"Bayern" və "Real" arasındakı ilk matç aprelin 25-də Münhendə, cavab matçı isə mayın 1-də Madriddə baş tutacaq.

Çempionlar Liqası, yarımfinal

İlk oyunlar

24 aprel

22:45 "Liverpul" (İngiltərə) - "Roma" (İtaliya)

25 aprel

22:45 "Bayern" (Almaniya) - "Real" (İspaniya)

Cavab oyunları

1 may

22:45 "Real" (İspaniya) - "Bayern" (Almaniya)

2 may

22:45 "Roma" (İtaliya) - "Liverpul" (İngiltərə)

Digər xəbərlər