Supersport.Az-ın əldə etdiyi xəbərə görə, “Qarabağ”ın təsisçilərindən biri Adil Nadirovun səhhətində ciddi problem yaranıb.
Bu haqda A.Nadirov müxbirimizə özü məlumat verib.
Klub rəsmisi bildirib ki, 5 gün əvvəl ürəyində ciddi narahatlıq yarandığından təcili olaraq Respublika Kliniki Xəstəxanasına aparılıb.
68 yaşlı A.Nadirov, hazırda çətin vəziyyətdə olduğunu və həkimlərin cərrahiyyə əməliyyatı aparmağın vacibliyini qeyd etdiyini bildirib.