Taekvondoçumuz III Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Taekvondoçumuz III Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Digər, Taekvondo
08 Aprel 2018 - 21:28
Tunisin Hammamet şəhərində təşkil olunan taekvondo üzrə lisenziya xarakterli turnirə yekun vurulub.

Supersport.Az xəbər verir ki, iki gün davam edən turnirdə iştirak edən gənclərdən ibarət Azərbaycan komandası ölkəmizə lisenziya qazandırıb.

Argentinada keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına vəsiqəni 44 kiloqram çəki dərəcəsində yarışda mübarizə aparan taekvondoçumuz Minayə Əkbərova əldə edib.

O, 2014-cü ildə yeniyetmələr arasında birinci dünya çempionatının gümüş, 2015-ci il klublararası Avropa çempionatının bürünc, 2018-ci ildə isə gənclər arasında klublararası Avropa çempionatının qızıl medalın sahibi, həmçinin müxtəlif turnirlərin mükafatçısıdır.

Xatırladaq ki, aprelin 9-da startı veriləcək dünya birinciliyində isə gənclərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov aşağıdakı idmançılara şans verəcəklər: Nihat Abbasov (45 kq), Yaşar Məmmədli (48 kq), Xanoğlan Kərimov (51 kq), Ayaz Qənbərli (55 kq), Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirseyidova (49 kq) və Sahar Kargara (52 kq).

Digər xəbərlər