Millimizdən uğurlu start

Millimizdən uğurlu start
Futbol
07 Aprel 2018 - 08:33
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Çinin Haikou şəhərində təşkil olunmuş “2018 CFA Belt and Road İnternational Beach Soccer Cup” beynəlxalq turnirində iştirak edir.
Yığmamız turnirdə ilk oyununu keçirib. Macarıstan komandası ilə qarşılaşan futbolçularımız 7:3 hesabı ilə qələbə qazanıblar. Amid Nəzərovun dubl etdiyi qarşılaşmada hərəyə bir dəfə Asif Zeynalov, İlkin Hacıyev, Ramil Əliyev, Vaqif Şirinbəyov və Əbdül Əliyev fərqlənib.

 

Digər xəbərlər