Ciddədə qaydasız döyüş olacaq - Səudiyyədə ilk

Ciddədə qaydasız döyüş olacaq - Səudiyyədə ilk
Digər
02 Aprel 2018 - 11:55
Səudiyyə Ərəbistanı ilk dəfə olaraq Amerika Güləş Federasiyasi (VVE) tərəfindən təşkil olunan yarışa ev sahibliyi edəcək.

 

Supersport.Az teleqraf.com-a istinadən xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyi olan SPA-nın məlumatına görə, ölkənin idman naziri Turki bin Abdulmuhsin Əl Şeyxin VVE ilə əldə etdiyi razılığa əsasən aprelin 27-də Ciddə şəhərində ilk dəfə Amerika güləşi yarışı keçiriləcək.

 

Yarışda 50 idmançı gücünü sınayacaq.

 

Triple H və Con Cena ilk dəfə olaraq Ciddədəki rinqdə qarşı-qarşıya gələcəklər.

Digər xəbərlər