Cüneyt Çakır Azərbaycan - Makedoniya oyununda - Foto
Futbol, Foto
28 Mart 2018 - 15:45
Supersport.Az-ın məlumatına görə, Antalyada Azərbaycan - Makedoniya yoldaşlıq oyununda VAR sistemindən istifadə olunub. Bu işi Cüneyt Çakır, Hüseyin Göçek görüb. Baş hakim Halis Özkahya olub. Elektrik problemiylə bağlı qarşılaşma 5 dəqiqə gec başlayıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Hər iki qol penaltidən vurulub. Millimizdən Riçard Almeyda, rəqibdən Aleksandr Traykovski fərqlənib. Makedoniyanın penalti vurmaq qərarı zamanı VAR sistemindən istifadə edilib. Matçı Türkiyə MHK rəhbəri Yusuf Namoğlu və superliqa hakimləri də izləyib.