Çempionlar Liqasında rekord: 80 min bilet 6 dəqiqəyə satıldı

Çempionlar Liqasında rekord: 80 min bilet 6 dəqiqəyə satıldı
Futbol
27 Mart 2018 - 18:52
Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Real Madrid”-"Yuventus” matçının biletləri rekord müddətə satılıb.


Aprelin 11-də Madriddə təşkil olunacaq qarşılaşmaya biletlərin hamısı 6 dəqiqə ərzində satılıb.


Madrid klubunun 80 min tamaşaçı tutumuna malik "Santyaqo Bernabeu" stadionunda "Yuventus”un azarkeşləri üçün 4 min yer ayrılıb.


Bu komandalar arasında ilk oyun aprelin 3-də Turində keçiriləcək.

Digər xəbərlər