Çempionlar Liqasının final oyununa biletlər satışda

Çempionlar Liqasının final oyununa biletlər satışda
Futbol
18 Mart 2018 - 20:54
Supersport.Az-ın məlumatına görə, UEFA Ukraynanın paytaxtı Kiyev şəhərində mayın 26-da keçiriləcək Çempionlar Liqasının final oyununa biletlərin satışı açıq elan edilib.

Final oyununa ən ucuz biletin qiyməti 70 avrodan başlayır. Ən bahalı I kateqoriyalı biletin qiyməti isə 450 avrodur.

UEFA-nın saytı vasitəsilə bilet satışı olduqca məhduddur: satışa cəmi 5 min bilet çıxarılıb. Sayt vasitəsilə bilet satışı martın 22-də başa çatacaq.

Digər xəbərlər