"Beşiktaş" pişik axtarışında

"Beşiktaş" pişik axtarışında
Futbol
18 Mart 2018 - 20:08
Çempionlar Liqasının 1/8 final mərhələsinin "Beşiktaş" - "Bayern" cavab görüşündə (1:3) meydana daxil olan pişik gündəmdən düşmür.

Son zamanlar sosial aləmdə kreativ layihələr həyata keçirən Türkiyə klubu yeni ulduzunu tapıb.

Supersport.Az-ın məlumatına görə, "Beşiktaş" oyuna daxil olan həmin pişikdən reklam xarakterli işlərdə yararlanmaq niyyətindədir. Buna görə məstanın axtarışına başlanılıb.

Bu pişiyə görə "Beşiktaş" hətta UEFA-nın Nizam-İntizam Komitəsi tərəfindən cəzalanacaq. Meydana daxil olduqdan sonra hakim oyunu saxlamaq məcburiyyətində qalmışdı.

"Bayern" klubunun sosial şəbəkə hesablarında həmin pişiklə bağlı müxtəlif fotolar təqdim etməsi böyük marağa səbəb olmuşdu.

Digər xəbərlər