FİFA-dan dünya çempionatıyla əlaqədar yeni qərar

FİFA-dan dünya çempionatıyla əlaqədar yeni qərar
Futbol
17 Mart 2018 - 15:15
Supersport.Az-ın məlumatına görə, Rusiyada keçiriləcək Dünya Kubokunda Video Yardımçı Hakim (VAR) sistemindən istifadə olunacaq. Bu barədə FİFA prezidenti Canni İnfantino bildirib.

Kolumbiyanın Boqota şəhərində keçirilən qurumun toplantısında belə qərar verilib.

"Dünya Kubokunda VAR sistemi istifadə olunacaq. Bu qərar bizi çox sevinirdi. Sistemə əsasən hakimlərin doğru qərarlar verəcəyini düşünürəm" - deyə, FİFA rəhbəri qeyd edib.

VAR, 2016-cı il klubların dünyü çempionatı və 2017-nin Konfederasiyalar Kubokunda istifadə olunub.

Digər xəbərlər