Messi "Çelsi"ni "yıxdı", rekord vurdu - Video

Messi "Çelsi"ni "yıxdı", rekord vurdu - Video
Futbol, Video
15 Mart 2018 - 08:24
Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Supersport.Az xəbər verir ki, "Qarabağ"ın yer aldığı qrupda ikinci yeri tutan "Çelsi" səfərdə "Barselona"nın qonağı olub. İspaniya klubu İngiltərə təmsilçisinə dərs keçib. Messi dubl edib.

Argentinalı futbolçu karyerasında ən erkən (2.08 dəqiqə) qolunu vurub. Messi Çempionlar Liqasında 100-cü dəfə fərqlənib.

"Çelsi"ylə oyun ərəfəsində bu komandanın qapısına yol tapa bilməyən Messi, iki matçda 3 qol vurub, 1 effektli ötürmə verib.

"Barselona" ardıcıl 11-ci dəfə Çempionlar Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

“Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə) - 3:0

Qollar: Messi, 3, 64, Usman Dembele, 20

İlk oyun – 1:1

Digər xəbərlər