Dünya çempionatının ulduz elçisi Bakıda

Dünya çempionatının ulduz elçisi Bakıda
Digər, Velosiped
14 Mart 2018 - 11:34
İyunun 5-9-da Bakıda BMX idmanı üzrə dünya çempionatı keçiriləcək.

Supersport.Az saytı xəbər verir ki, bu gün yarışın ulduz elçisi Tvan van Gendt paytaxtımıza gəlib.

Niderlandlı idmançının məqsədi həm yarış trekini sınaqdan keçirmək, həm də dünya çempionatı ilə bağlı dəstək aksiyasında iştirak etməkdir.

Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası və bir şirkətin dəvəti ilə Bakıda olan qonaq sınaq yürüşlərindən başqa bir neçə tanıtım videoçarxının çəkilişlərində iştirak etməklə yanaşı, yeniyetmə və gənc velosipedçilər üçün seminar da təşkil edəcək.

Digər xəbərlər