"Qırmızı şeytanlar" şoka düşdü, "Roma" istəyinə çatdı

"Qırmızı şeytanlar" şoka düşdü, "Roma" istəyinə çatdı
Futbol
14 Mart 2018 - 09:08




"Mançester Yunayted" doğma meydanda "Sevilya"nı qəbul edib. İngiltərə klubu 1:2 hesablı məğlub olaraq yarışla vidalaşıb. Bu komandaların ilk görüşü qolsuz heç-heçə ilə nəticələnib.


Ukraynada "Şaxtyor"a 1:2 hesabı ilə uduzan "Roma"cavab qarşılaşmasında növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalı idi. İtaliya təmsilçisi Edin Dzekonun qoluyla arzusunu reallaşdırıb.


Xatırladaq ki, İspaniyanın "Real Madrid”, İtaliyanın "Yuventus”, İngiltərənin "Liverpul” və "Mançester Siti” komandaları dörddəbir finala vəsiqəni təmin ediblər.


Digər xəbərlər