"Qarabağ" gerilədi, "Traktorsazi" irəlilədi

"Qarabağ" gerilədi, "Traktorsazi" irəlilədi
Futbol
12 Mart 2018 - 16:40
Supersport.Az-ın məlumatına görə, dünya reytinqində bəzi klublarımız yerini dəyişib.

Beşqat Azərbaycan çempionu "Qarabağ" bir həftəylə müqayisədə 1000 komandanın siyahısında 1169 xalla 536-cı yerdən 537-yə düşüb.

"Keşlə" (368 xal) də 1 pillə geriləyib - 759-cu yer.

Fevralın 26-na olan siyahıda "Qəbələ" (255 xal) bir pillə yüksəlməklə 806-cıdır.

"Zirə" (217 xal) 826-cı sırada qalıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1169 xalla 496-cı pillədən 497-yə geriləyib.

"Zirə"nin əsas çalışdırıcısı Ayxan Abbasov (217 xal) üç pillə irəliləyib: 986-cı yer.

İlk üç sırada Zinədin Zidan ("Real Madrid", 18356 xal), Renato Qauço ("Qremio", 14104 xal) və Dieqo Simeone ("Atletiko", 13740 xal)

"Traktorsazi" (979 xal) isə 28 pillə irəliləyərək 596-cıdır.

 

Digər xəbərlər