"Qarabağ"ın rəqibinin prezidenti silahla meydana hücum etdi - Foto

"Qarabağ"ın rəqibinin prezidenti silahla meydana hücum etdi - Foto
Futbol, Foto
12 Mart 2018 - 11:06

Supersport.Az-ın məlumata görə, Yunanıstan çempionatının son turu qalmaqalla yadda qalıb.


Liderlər sırasında olan AEK səfərdə PAOK-la qarşılaşıb. Oyunun son dəqiqəsində meydan sahibinin futbolçusu Varela qol vursa da, baş hakim köməkçiylə məsləhətləşərək ofsayd qeydə alıb. Bundan sonra hər iki komanda arasında xoşagəlməz məqamlar olub.
PAOK-un prezidenti İvan Savvidis silahla meydana çıxıb, AEK-dən Vassilis Dimitriadisə hücum edib. Savvidis, hakimin qərarını etiraz etmək üçün oyunçularından meydanı tərk etmələrini bildirib. Portuqaliyalı Vieirinha isə bu addıma qarşı çıxıb.


Meydan sahibi klubunun idman direktoru Lüboş Mixel hakimə "Sən bitdin" deyib, jurnalistə fiziki təzyiq göstərib.


Oyun yarımçıq dayandırılıb.


Qeyd edək ki, Yunanıstan superliqasına 24 oyundan 54 xalla AEK başçılıq edir. "Olimpiakos" 25 matçdan 50 xalla ikinci, bir oyun az keçirən PAOK 49 xalla üçüncü yeri tutur.





Digər xəbərlər