"Qəbələ"nin "Anortosis"dən tələb etdiyi məbləğ

"Qəbələ"nin "Anortosis"dən tələb etdiyi məbləğ
Futbol
06 Mart 2018 - 21:39
"Anortosis" millimizin futbolçusu Araz Abdullayevi birdəfəlik ala bilər.

Supersport.Az-ın Kipr mətbuatıına istinadən məlumatına görə, klub rəhbərliyi ilə məşqçi heyəti 25 yaşlı yarımmüdafiəçinin çıxışından razıdır və onun gələcəkdə komandaya kömək edəcəyini düşünür.

Xəbərdə Abdullayevin müqavilə ilə məxsus olduğu "Qəbələ"nin "Anortosis"dən  bu transfer üçün 150 min avro tələb etdiyi bilirilib. Klub həmin məbləği ödəyib-ödəməyəcəyi ilə bağlı yekun qərarı hələ verməyib. Bu, onun növbəti matçlardakı çıxışından asılı olacaq.

Qeyd edək ki, "Qəbələ" mövsümün əvvəlindən Araz Abdullayevi "Anortosis"ə icarəyə verib.

Digər xəbərlər