Cüdoçumuz erməniyə qalib gəldi, ikinci oldu

Cüdoçumuz erməniyə qalib gəldi, ikinci oldu
Digər, Cüdo
24 Fevral 2018 - 23:13
Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə "Böyük Dəbilqə" yarışı keçirilir.

Azərbaycan milli komandasının da iştirak etdiyi mötəbər turnirdə 65 ölkədən 441 cüdoçu medallar uğrunda mübarizə aparır.

73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov finala qədər Avstraliya, Tacikistan, Ermənistan və Almaniya təmsilçilərinə qalib gəlib. Həlledici görüşdə yaponiyalı Ono Şoheyə məğlub olan cüdoçumuz nüfuzlu yarışın gümüş medalına layiq görülüb.

Digər xəbərlər