Hakimlər və məşqçilər üçün seminar keçirilib

Hakimlər və məşqçilər üçün seminar keçirilib
Digər, Güləş
19 Fevral 2018 - 21:22
Fevralın 20-23-də Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

Supersport.Az xəbər verir ki, fevralın 19-da Azərbaycan çempionatını idarə edəcək hakimlər və yarışda iştirak edəcək komandaların məşqçiləri üçün seminar təşkil olunub.

Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti Firdovsi Umudov və baş katib Orxan Məmmədovun iştirak etdiyi seminarda budəfəki çempionatın əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, yeniyetmə və gənclər bu ildən etibarən yeni çəki dərəcələri üzrə mübarizə aparacaqlar. Yeniyetmə güləşçiləri cari ilin aprelində Kiyevdə keçiriləcək lisenziya xarakterli Avropa çempionatı və oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə III Olimpiya Oyunları gözləyir.

AGF-in birinci vitse-prezidenti Firdovsi Umudov həm hakimlərin, həm də çempionatda iştirak edən komandaların məşqçilərinin, ilk növbədə, yarışların reqlamentinə və nizam-intizama riayət etmələrinin vacibliyinə toxunaraq deyib: “Yeniyetmə güləşçilər bizim gələcəyimizdir. Onlar gələcəyin Avropa və dünya çempionatları, Olimpiya Oyunlarının iştirakçısı və mükafatçılarıdır. Təməl nə qədər sağlam və güclü olarsa, gələcəkdə nailiyyətlərimiz də bir o qədər çox olar. Bu çempionat həm də seçim xarakteri daşıyır. Biz, ilk növbədə, güclü heyət formalaşdırmalı, ardınca apreldə keçiriləcək lisenziya xarakterli Avropa çempionatında maksimal sayda vəsiqə əldə etməliyik.

Digər xəbərlər