Ramil Quliyev ilin idmançısı seçildi

Ramil Quliyev ilin idmançısı seçildi
Atletika, Digər
17 Fevral 2018 - 01:50
Supersport.Az-ın məlumatına görə, Türkiyə Atletika Federasiyası ötən ilin ən yaxşılarını seçib.

İstanbulda keçirilən mükafatlandırma mərasimində gənclər və idman naziri Osman Aşık Bak, prezidentin baş məsləhətçisi Hamza Yerlikaya, idman müdiri Mehmet Baykan, atletika qurumunun rəhbəri Fatih Çintımar, Avrupa Atletika Birliyi prezidenti Svein Arne Hansen və idmançılar iştirak edib.

F.Çintımar türk atletikasının son illər Avropa və dünya miqyasında uğurlar qazanmasında prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım və gənclər, idman naziri Osman Aşık Bakın ən böyük pay sahibi olduğunu qeyd edərək, təşəkkürünü bildirib.

"29800 aktiv idmançımızla Tokio Olimpiadasına böyük addımlarla irəliləyirik. Bundan əvvəl olimpiadalarda 3 medalımız var. 2020-ci ildə daha çox uğur qazanmağa çalışacağıq".

Gənclər, idman naziri Osman Aşık Bak Ramil Quliyevin dünya çempionu olmasının türk atletikasının zirvəsi kimi xarakterizə edib.

"Biz güclü ailəyik. Bunun hesabına türk atletikasını yaxşı yerlərə gətirəcəyik. Güclü rəqiblər var və çox çalışmalıyıq. Tokio Olimpiadasında yeni medallar qazanmalıyıq. Afrindəki mehmetçiklərə salam göndəririk. Onlar üçün mübarizə aparacağıq".

Nazir, kişilər sırasında ən yaxşı atlet azərbaycanlı Ramil Quliyev və birinci seçilən onun məşqçisi Oleq Muxini mükafatlandırıb. İdmançılara təqdim olunan yeni formalarda "Zeytun budağı" şəkli əksini tapıb.

Digər xəbərlər