"Qarabağ"dan paylaşım - Foto

"Qarabağ"dan paylaşım - Foto
Futbol, Foto
15 Fevral 2018 - 17:29
"Qarabağ"ın rəsmi "Feysbuk" səhifəsi Avropa Liqasının 1/16 final mərhələsində "Kopenhagen" - "Atletiko" matçı öncəsi paylaşım edib.

Supersport.Az-ın məlumatına görə, Ağdam klubu ÇL-də bu mövsüm qarşılaşdığı 2 rəqibinə uğurlar arzulayıb: "Qarabağ"ımızı unutmayacaq iki rəqibimizə də uğurlar arzulayırıq".

Qeyd edək ki, "Qarabağ" ÇL-in qrup mərhələsində "Atletiko" ilə hər iki matçda heç-heçə (0:0; 1:1) edib. Ağdam klubu ÇL-in pley-off mərhələsində isə  "Kopenhagen"i səfərdə vurulan qolla (1:0; 1:2) keçərək, tarixində ilk dəfə qrup mərhələsinə düşüb.

Əlavə edək ki, "Kopenhagen" -"Atletiko" görüşü bu gecə Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Digər xəbərlər