Supersport.Az-ın məlumatına görə, İtaliya A seriyasının 24-cü turu çərçivəsində keçirilən “Fiorentina” – “Yuventus” matçı Canluici Buffon üçün əlamətdar olub.
Turin klubunun əfsanəvi qapıçısı doğma komandasında yubiley oyununa çıxıb.
“Fiorentina”nı iki qolla məğlub edən qarşılaşmada “Yuventus”un qolkiperi Buffon A seriyasında 500-cü dəfə forma geyinib. Turin klubunda 17 mövsüm çıxış edən 40 yaşlı qapıçı, 322 oyunda meydanı qalib kimi tərk edib, 244 matçda qol buraxmayıb.