"Qarabağ"da qalsaydım yaxşı pul qazana bilərdim"

"Qarabağ"da qalsaydım yaxşı pul qazana bilərdim"
Futbol
05 Fevral 2018 - 00:22
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"dan ayrılan Tarik Elyunussi açıqlamasında belə deyib.

Norveç millisinin 29 yaşlı yarımmüdafiəçisi, İsveçin "Futbol kanalı"na verdiyi müsahibədə Azərbaycan klubunda qala bilməməsinin səbəbinə aydınlıq gətirib:

"2017-ci il mənim üçün ziddiyətli oldu. Əvvəl "Olimpiakos"da yaxşı mövsüm keçirdim, Yunanıstan çempionu olduq və ardından "Qarabağ"a keçdim. Bu komanda ilə Çempionlar Liqasında oynamaq istəyirdim. Əvvəlcə hər şey yaxşı gedirdi. Lakin sonradan axmaq bir zədə aldım. Buna görə 2 ay yaşıl meydandan kənarda qaldım, Çempionlar Liqasının son oyunlarını buraxdım. Mən "Qarabağ"a məhz Çempionlar Liqasında çıxış edib təcrübə toplamaq üçün getmişdim. Sonra AİK-in mənimlə maraqlandığını eşitdim. Bu, mənim üçün maraqlı variant idi. Mənim hələ iddialarım qalır. AİK-lə 2 illik müqavilə bağladım. Əminəm ki, biz "Malmö" ilə rəqabətdə qalib gəlib İsveç çempionu olacağıq. Başqa komandaya da gedə, "Qarabağ"da da qalıb yaxşı pul da qazana bilərdim. "Olimpiakos"a qayıtmağım da mümkün idi. Amma mən pulu deyil, gələcək karyeramı fikirləşdim".

Digər xəbərlər