“Neftçi”dən yeni transfer

“Neftçi”dən yeni transfer
Futbol
09 Yanvar 2018 - 19:22

Supersport.Az-ın məlumatına görə, “Keşlə”dən ayrılan İlkin Qırtımovun "Neftçi"yə keçidi rəsmiləşib.


Klubun rəsmi saytının yaydığı xəbərə görə, müdafiəçi ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu milli komandanın heyətində 5 oyun keçirib.

Qırtımov "Keşlə"dən əvvəl "Simurq" klubunun formasını geyinib.

Xatırladaq ki, "Neftçi" bundan əvvəl "Qəbələ"dən Aqil Məmmədov və "Binə"dən Fərid Abbaslını transfer edib.

Digər xəbərlər