"Qəbələ"nin zədəli futbolçusu məşqə başlayıb

"Qəbələ"nin zədəli futbolçusu məşqə başlayıb
Futbol
09 Yanvar 2018 - 15:08
2017-18-ci illər mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan "Qəbələ" təlim-məşq toplanışını davam etdirir.

Supersport.Az-ın klubun saytına istinadən məlumatına görə, Antalya şəhərində hazırlıq keçən "qırmızı-qaralar" qonşu ölkədəki 4-cü günü iki məşqlə tamamlayıb. Komanda üzvləri günün ilk yarısında fitnes zalında çalışıb. Futbolçular fiziki hazırlıq təmrinlərini icra ediblər. Meydanda baş tutan ikinci məşq toplu çalışmalardan ibarət olub. Zədədən sonra kollektivə qoşulan Dion Malonenin fərdi məşqlə kifayətləndiyi hazırlıq ikitərəfli oyunla yekunlaşıb.

Digər xəbərlər