Arda Turan: "Məni rahat buraxın!"

Arda Turan: "Məni rahat buraxın!"
Futbol
07 Yanvar 2018 - 19:46
Supersport.Az-ın məlumatına görə, "Barselona"dan ayrılması gündəmdə olan Arda Turan sosial şəbəkədə barəsində yayılan xəbərlərin doğru olmadığını bəyan edib.

"Qalatasaray", "Beşiktaş" və "Başakşehir"lə adı çəkilən futbolçu, "Fatih Terimlə çalışmaram" dediyi iddiam edilən məlumatın yalan olduğunu bildirib.

Arda Turanın, Mehmet Ağarın ona Fatih Terimdən üzr istəməsiylə bağlı xəbərinə reaksiyası sərt olub:

"Bu gün "Habertürk"də çıxan xəbər başdan sona kimi yalandır. Dəyərli böyüyüm Mehmet Ağarla aramızda əsla belə söhbət olmayıb. Xəyal dünyanızın xəbərlərini özünüzə saxlayın və məni rahat buraxın".

Digər xəbərlər