"Fənərbağça"da iki futbolçu kənarda qaldı

"Fənərbağça"da iki futbolçu kənarda qaldı
Futbol
04 Yanvar 2018 - 22:36
Supersport.Az-ın məlumatına görə, "Fənərbağça"nın baş məşqçisi iki futbolçunu Antalya hazırlığına aparmayıb. Robin van Persi və Ozan Tufan çalışmasını Samandırada davam etdirəcək.

Türkiyə mətbuatının yaydığı xəbərdə bildirilir ki, klub rəhbərliyi ilə niderlandlı futbolçunun meneceri Kees Vos, Robinin ayrılığı məsələsində razılığa gəlib.

"Fənərbağça" futbolçunun getməsindən hər hansı gəlir əldə etməyəcək, 6 aylıq maaşından qurtulacaq.

Digər xəbərlər