Robert Prosineçki yeni iş tapdı - seçimin səbəbi açıqlandı

Robert Prosineçki yeni iş tapdı - seçimin səbəbi açıqlandı
Futbol
04 Yanvar 2018 - 20:03
Supersport.Az-ın məlumatına görə, Azərbaycan yığmasının keçmiş baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina seçmə komandasını çalışdıracaq.

Bosniya Futbol Federasiyasının İcraiyyə Komitəsi yekdilliklə xorvat mütəxəssisi baş məşqçi təyin edib.

Robert Prosineçkinin seçimdə rəqibi karyerasını bitirəndən sonra Qətərə gedən bosniyalı futbolçu Amar Osim olub.

Bosniya qurumunun vitse-prezidenti Milorad Sofreniç açıqlamasında deyib:

"Yeni məşqçini 3 aylıq müzakirədən sonra seçdik. Bunun ən yaxşı qərar olduğunu düşünürük. Çünki Robert Prosineçkinin məşqçi kimi dünya futbolunda böyük təcrübəsi var. Ona qarşıdakı mötəbər yarışlarda uğurlar arzulayırıq".

Prosineçki bu postda 2014-cü ilin dekabrında 2017-ci ilin oktyabrına kimi millinin sükanı arxasında olmuş Mehmed Bajdareviçi əvəzləyib.

Prosineçkinin rəhbərliyi altında bosniyalılar ilk oyunlarını bu il yanvarın 28 və 31-də ABŞ və Meksikaya qarşı keçirəcəklər.

Onun qarşısına milli komandanı Avropa çempionatına çıxarmaq vəzifəsi qoyulub. Bosniya və Herseqovina millisi sonuncu dəfə 2014-cü ildə keçirilən dünya çempionatnda mübarizə aparıb.

 

Digər xəbərlər