İngiltərə futbolunda qorxu anı - Şəkil

İngiltərə futbolunda qorxu anı - Şəkil
Futbol, Foto
31 Dekabr 2017 - 14:59
Supersport.Az-ın məlumatına görə, Premyer Liqanın 21-ci turunda qolsuz başa çatan "Mançester Yunayted" - "Sauthempton" oyununda təhlükəli anlar baş verib.

"Qırmızı şeytanlar"ın ulduzu Romelu Lukaku, 10-cu dəqiqədə rəqib futbolçu Uelsi Hodtla başı toqquşub zədələnərək, onu sevənləri qorxudub. Belçikalı futbolçuya dərhal ilkin tibbi yardım edilib. Lukaku iki gün həkim nəzarətində saxlanılacaq.

"Mançester Yunayted"in yayda transfer etdiyi 24 yaşlı Lukaku 29 oyun keçirib, çempionatda 10 qol vurub, 4 effektli ötürmə verib və Çempionlar Liqasında 4 dəfə fərqlənib.

Belçikalı futbolçu Dünya Kubokunun seçmə mərhələsində 8 qarşılaşmada rəqib qapılarına 11 dəfə yol tapıb.

Digər xəbərlər