Dünya çempionumuz üçüncü oldu

Dünya çempionumuz üçüncü oldu
Digər, Taekvondo
30 Dekabr 2017 - 17:09
Supersport.Az-ın məlumatına görə, Çin Xalq Respublikasının Usi şəhərində təşkil olunan "Grand Slam" seriya turnirində ilk medalımız Milad Beigi Hərçəqanidən (-80 kq) gəlib.

Bu gün keçirilən yarışda təmsilçimiz dörddəbir finalda norveçli Riçard Andre Ordemannı 29:22 hesabı ilə məğlub edib. Növbəti döyüşündə rusiyalı Maksim Xramtsova məğlub olan Milad üçüncü yer uğrunda qarşılaşmada Rusiya təmsilçisi Anton Kotkova 17:7 hesabı ilə qalib gələrək yarışın bürünc medalına sahib olub.

Xatırladaq ki, turnirdə mübarizə aparacaq digər taekvondoçularımız Ayxan Tağızadə 2018-ci il yanvarın 6-da, Radik İsaev isə 13 yanvar tarixində döyüşlərə qatılacaq. "Grand Slam" seriya turniri Olimpiya çəki dərəcələri üzrə keçirilir və 2018-ci il yanvarın 30-dək davam edəcək.

Digər xəbərlər