Messidən inanılmaz statistika

Messidən inanılmaz statistika
Futbol
27 Dekabr 2017 - 10:18
Supersport.Az-ın məlumatına görə, futbol tarixinə adını həkk etdirən Lionel Messi, maraqlı statistikayla diqqət çəkir.
Dünya derbisində "Real Madrid"i 3 qolla əzən "Barselona"nın argentinalı ulduzunun oyunun əksər hissəsində meydanda hərəkətdə olduğu ortaya çıxıb.
Qarşılaşmanı 1 qol, 1 effektli ötürməylə bitirən 30 yaşlı futbolçu, 90 dəqiqə ərzində 83.10 faiz çalışıb.
Bu mövsüm La Liqada çıxdığı 17 matçda 15 qol vurub, 6 faydalı ötürmə edən Messinin 10.80 faiz sakit qaçdığı bildirilir. Topu daim hərəkət etdirən futbolçu oyunun 4.95 faizində qaçıb, 1.15 faizində birdən sürəti artırıb.
Messi, komandasının 3-cü qolundan əvvəl butsusu ayağından çıxsa da, mübarizəyə davam edib Aleksis Vidala ötürmə verərək, böyük alqış qazanıb.

Digər xəbərlər