Qurban Qurbanov: "Futbolçuların üzərinə çox getmədim"

Qurban Qurbanov: "Futbolçuların üzərinə çox getmədim"
Futbol
15 Dekabr 2017 - 22:08
Supersport.Az-ın məlumatına görə, "Sumqayıt"ın "Qarabağ"ı ölkə kubokundan kənarlaşdırmasının ardından məğlub komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

"Sumqayıt"ı təbrik edirəm. Layiqli qələbə qazandılar. Təəssüf ki, məğlub olduq. Qalibə uğurlar arzulayırıq. Özümüzə gəldikdə, həmişı kubok oyunlarına ehtiyat etmişəm. Futbolçuların üzərinə çox getmədim. Əvvəl də dediyim kimi, komandada yorğunluq var. Bu il bizim üçün ağır və uğurlu nəticələrimiz oldu".

Digər xəbərlər